8 Avqust 21:26
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Teleqraf.com xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan idmançımız qırğızıstanlı Amantur İsmayılovla üz-üzə gəlib.

Rəqibinə 8:0 hesabı ilə qalib gələn Həsrət fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, bu, Azərbaycanın yunan-Roma güləşçilərinin yarışda qazandığı ilk və tək mükafat olub. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovun (58 kq) gümüş mükafat qazanıb. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər