"Qarabağ" son olaraq Ukraynanın “Şaxtyor” (Donetsk) klubunda çıxış edən Aleksey Kaşukun transferini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 3 illik sözləşmə imzalanıb.
Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022/2023 mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib. Ukraynanın aşağı yaş qrupları üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.