18 Dekabr 12:48
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Azərbaycan millisinə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, buna yığmanın səfərdə İsveçə uduzduğu Millətlər Liqasının matçında yaşananlar səbəb olub.

Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv "komandanın düzgün olmayan davranışı"na görə xəbərdarlıq alıb.

Sözügedən qarşılaşmada millinin beş üzvü sarı vərəqə alıb. Bunlar Anton Krivotsyuk, Amin Seydiyev, Coşqun Diniyev, Bəhlul Mustafazadə və Toral Bayramovdur.

Qeyd edək ki, oyun meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər