17 Dekabr 22:33
343
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA-nın “The Best” mükafatının kimin alacağı bəlli olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Globo Esporte" nəşri məlumat yayıb. Qalib "Real"ın və Braziliya millisinin hücumçusu Vinisius Juniyor olacaq.

Mükafatın digər namizədləri Cud Bellingem, Kilian Mbappe, Dani Karvaxal, Federiko Valverde (hamısı "Real"), Lionel Messi ("İnter Mayami"), Lamin Yamal ("Barselona"), Erlinq Haaland, Rodri ("Mançester Siti"), Florian Virts ("Bayer") və karyerasını bitirmiş Toni Kroos olub.

Qeyd edək ki, sözügedən mükafat futbolçuların 2023-ci ilin 21 avqustundan 2024-cü ilin 10 avqustuna qədər göstəricilərini nəzərə alır. Qalib isə yığmaların kapitanları və baş məşqçiləri, azarkeşlər və media nümayəndələri tərəfindən seçilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər