Türkiyə Superliqasında XVI turun mərkəzi görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, prinsipial oyunda “Qalatasaray” və “Trabzonspor” komandaları qarşılaşıblar. Görüş meydan sahiblərinin
4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 41-ə çatdıran “Qalatasaray” turnir cədvəlinə başçılıq edir. “Trabzonspor” isə 16 xalla 15-ci pillədə qərarlaşıb.