Real Madridin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda İtaliyanın "Atalanta" (3:2) komandasına qarşı keçirilən matçda aldığı zədədən sonra futbol meydanında məşqlərə qayıdıb.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat verib.
Bildirilib ki, hücumçu qarşıdakı oyunlara hazır olmaq üçün fəal şəkildə çalışır. Tezliklə Mbappenin Qitələrarası Kubok finalında iştirakı üçün vəziyyəti qiymətləndiriləcək.
Xatırladaq ki, fransalı futbolçu Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunda İtaliyanın "Atalanta" (3:2) komandasına qarşı matçda zədələnib.