1 Mart 2015 21:03
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Messinin gələcək karyerası haqda heç kəs nəsə deyə bilməz. Məncə, müxtəlif şaiyələrə baxmayaraq, Messi "Barselona"nı tərk etməyəcək".

Lent.az-ın məlumatına görə, bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo deyib.

Portuqaliyalı mütəxəssis "Barselona"nın futbolçusu Lionel Messini digər klubda təsəvvür etmədiyini dilə gətirib:

"Messi "Barselona"nın bir parçasıdır. Onun komandaya, klubun da ona ehtiyacı var. Bəli, müasir futbolda gözlənilməz hadisələr baş verir. Ola bilsin ki, Messiyə rədd olunmayacaq təklif gəlsin.

Ancaq mən onu digər klubun forması ilə təsəvvür etmirəm. Düşünürəm ki, Messi karyerasını elə "Barselona"da başa vuracaq. Məncə, bu, düzgün addım olar. Bir rəqib kimi ona hörmətlə yanaşıram".


Müəllif: