İspaniya mətbuatı yazır ki, 35 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 3 illik müqavilə imzalayacaq.
Teleqraf.com xəbər verir ki, “Barselona”nın aparıcı futbolçularından olan Xavi Hernandesin Qətərin “Al-Sadd” klubuna transferi həll olunub.
Ərəb təmsilçisinin meneceri Abdullah Əl Berik “Instagram” hesabından Qətərdə olan Xavinin “Al Sadd”in idman direktoru Məhəmməd Qulamla birlikdə çəkilmiş fotosunu paylaşaraq bu sözləri yazıb:
“Al Sadd” “Barselona”nın kapitanını transfer etməyi bacardı”.
İspaniya mətbuatı yazır ki, 35 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 3 illik müqavilə imzalayacaq. Xavi “Al-Sadd”da ilinə 10 milyon avro qazanacaq.
Xavinin eyni zamanda Qətərın məşhur “Aspire İdman Akademiyası”nda məsləhətçi işləyəcəyi bildirilir.
Rüstəm