"Çelsi"nin baş məşqçisi Joze Moruinyo yenidən maraqlı fikirləri ilə diqqət mərkəzinə düşüb.
Qol.Az-ın məlumatına görə, Britaniya mətbuatına danışan portuqaliyalı mütəxəssis onunla çalışmaq istəməyən futbolçunu komandadan göndərəcəyini bildirib:
"Düzünü desəm, mənimə çalışmaq və komandamda oynamaq istəməyən futbolçulardan xoşum gəlmir. Hər futbolçunun dəyəri var. Ancaq futbolçunun kimliyi vəziyyəti dəyişməz.
"İnter"də çalışdığım dönəmdə Zlatan İbrahimoviç də bu səbəbdən "Barselona"ya transfer olundu. Eden Hazardın komandadan ayrılmasını istəmərəm. Lakin o, mənimlə çalışmaq istəməzsə, komandadan gedər".