"Barselona" braziliyalı müdafiəçi Dani Alvesle yollarını ayıracaq.
Teleqraf.com xəbər verur ki, bu barədə futbolçunun meneceri Dinorah Santa açıqlamasında danışıb. O, müqavilənin uzadılması ilə bağlı tərəflər arasında gedən danışıqlar müsbət nəticə vermədiyini deyib.
“ Biz "Barselona" ilə danışıqları gözləyirdik. Alvesə başqa klublardan iki təklif var idi, amma biz "Barsa"nı dinləmək üçün bütün danışıqları dayandırmışdıq.
Başqa klub Alveslə 3+1 illik müqavilə imzalamağa hazır olduqlarını bildirdi. Ancaq "Barselona" ilə bu şərtlər altında razılığa gələ bilmədik.
Alves hazırda aldığı maaşla karyerasını bu komandada davam etdirməyə şad idi. Amma onlar bizə 1+2 sistemi üzrə müqavilə təklif etdilər.
Həmçinin qeyd etdilər ki, hər mövsüm oyunların sadəcə 60 faizində meydanda olacaq. Biz də bununla razılaşmadıq. Bununla belə, futbolçu mövsümün sonuna qədər komandası üçün əlindən gələni edəcək".
Rüstəm