10 Aprel 2015 18:45
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yuventus" "Arsenal"ın yarımmüdafiəçisi Cek Uilşiri heyətinə qatmaq istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sport Mediaset" məlumat yayıb.

Ancaq tərəflərin istəkləri üst-üstə düşmür. London klubu ingilis futbolçu ilə olan sazişini uzatmaq fikrindədi. Arsen Venger komandasının aparıcı oyunçulardan birini satmasının qeyri-mümkün olduğunu bildirib. Bu səbəbdən "Yuve"nin transferi reallaşdıracağı inandırıcı görünmür.

Cari mövsümdə 14 matçda meydana çıxan Uilşir 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb

Rüstəm


Müəllif: