20 Aprel 2015 20:41
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə izləməyə alışdığımız Lionel Messi – Kriştiano Ronaldo rəqabəti cari mövsümdə də davam edir. La Liqada bombardirlik yarışında amansız mübarizəyə girişən ulduzlar az qala hər turdan sonra yeni rekordlar müəyyənləşdirir.


Publika.az xəbər verir ki, “Real”ın hücumçusu Ronaldo “Malaqa”yla 32-ci turda baş tutan oyundan (3:1) sonra tarixə düşüb. Portuqaliyalı qoleador İspaniyada ardıcıl 5 mövsümdə 50 qol həddini aşan ilk futbolçu olub.


2014/15 mövsümündə onun aktivində La Liqada 39, Çempionlar Liqasında 8, UEFA Superkubokunda 2, İspaniya kubokunda 1 qol var. Bundan başqa, o, La Liqada “Real”ın heyətində 150-ci qələbəsini qazanıb.

Ronaldo İspaniyadakı debüt mövsümündə (2009/10) 33, 2010/11-də 54, 2011/12-də 60, 2012/13-də 55, 2013/14-də 51 qolla yadda qalıb. Görünən odur ki, cari mövsümün sonuna qədər portuqaliyalı forvard yenə 60 qol həddini aşmağa yaxındır.


Müəllif:

Oxşar xəbərlər