PSJ-nin futbolçusu Zlatan İbrahimoviç "Mən Zlatan İbrahimoviç" adlı avtobioqrafik kitabında maraqlı məqamlara toxunub.
Teleqraf.com xəbər verir ki, o, "İnter"dən "Barselona"ya getməsindən və "Real"a transferinin reallaşmamasından yazıb.
Kataloniya klubuna transfer olunduğu dönəmi xatırlayan Zlatan bunları dilə gətirib: "İnter"in prezidenti ilə ortaq bir anlaşma imzalamaq məni təəccübləndirmişdi. Ayrılmağım üçün tək bir şərt var idi. Əlimi xəritə üzərində Milandan Barselonaya hərəkət etdirdim və ona - "Məni "Real"ın Kakaya ödədiyi məbləğdən daha artığına sat" - dedim.
Xuan Laporta ("Barselona"nın keçmiş prezidenti - red.) üçün bu heç də problem deyildi. Tez bir zamanda gəldi və Moratti ilə anlaşdı. Ödəniləcək məbləği eşidəndə özümü ürəyim gedəcəkmiş kimi hiss etdim".
İsveçli forvard "Barselona"nın sabiq prezidenti Sandro Rosell və keçmiş baş məşqçi Pep Qvardiolanın onun Madrid klubuna getməsinə necə əngəl olmalarını da qələmə alıb:
"Rosell hansı kluba getmək istədiyimi soruşdu. Mən də ona - "Daha öncə söylədiyim kimi "Real" - dedim. Pis oldu. "Barselona"nın ulduzunu "Real"a satmasını xəyanət kimi görürdü. "Mümkün deyil. Ən kiçik bir şnas belə yoxdu" - dedi.
Titrəməyə başladım. Menecerimlə qərarımız qəti idi. Ancaq sakit olmağa çalışdım və dedim ki, - "Siz sual verdiz, mən də cavab verdim. Bunu söyləməyə çox şadam ki, "Real" oynamaq istədiyim tək klubdu. Mourinyo ilə çalışmaq istəyirəm. Siz onlara zəng vurub, bunu deməlisiz".
Rosellin fikri deyildi, ancaq "Barselona"nın bir müddət sonra "Milan"la 40 milyon sterlinq üçün danışıqlara başladığı xəbəri yayıldı. Rosell də təzyiq altında idi. Məni "Real"a satsaydı, azarkeşlərin etirazı ilə üzləşəcəkdi. Onun üçün heç də asan deyildi.
Məni Qvardiolaya görə komandada saxlamadılar. O da məni Madrid klubuna sata bilməzdi.
Danışıqlar 50 milyon sterlinqlə başladı. "Milan"ın bu qədər pul ödəməsinə ehtiyac yox idi. Rosell bacardıqca çox pul əldə etmək istəyirdi. Təklif 40 milyona düşəndə menecerim Rosellə - "Bacara bilməyəcəksiz. "Milan"a getməyəcəyik. İbra Madridi istəyir" - dedi. Rosell "30 milyon necədi?" - deyə, soruşdu. Ancaq planı başqa idi. Sonda 20 milyona "Milan"a getdim. Dəyərimi 50-dən 20-yə salan o insana təşəkkür edirəm".
Rüstəm