20 May 2014 21:59
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo komandasının yeni mövsüm üçün transfer planları haqda danışıb.

Teleqraf.com-un məlumatına görə, portuqaliyalı mütəxəssis komandasının çox transferə ehtiyacı olmadığını bildirib:

"Yay transfer pəncərəsi dönəmində çox da dəyişiklik olmayacaq. Nəticədə baş məşqçi və komandanın əsas heyəti eyni qalacaq. Transferləri uğursuzluğu unutdurmaq üçün deyil, ehtiyacımız olan mövqeləri gücləndirmək üçün həyata keçirəcəyik. Məşqçilərin çoxları dünya çempionatını gözləyir. Ancaq biz mövsüm ərzində lazımi tədbirləri görmüşük. Bu səbəbdən çox transferə ehtiyacımız yoxdur".


Müəllif: