"Çelsi" Rafael Varan və Qaret Beylə görə "Real"a ümumi dəyəri 140 milyon avro olan təklif göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Ancaq Madrid klubu təklifi rədd edib. "Çelsi"nin baş məşqçisi Joze Mourinyo xüsusilə də Varanın transferində israr edir. Bu səbəbdən növbəti təklifi gözləməyə dəyər.
Qeyd edək ki, cari mövsümdə 39 matçda meydana çıxan Varan 2 dəfə fərqlənib. Qaret Beyl isə 17 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Rüstəm