24 Aprel 2015 15:55
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Liverpul" yarımmüdafiəçi Cordan Hendersonla müqavilə müddətini uzadıb.

Teleqraf.com xəbər verir ki, razılaşmanın detalları açıqlanmır. İngiltərə mətbuatında yazılanlara inansaq, yarımmüdafiəçinin məvacibi artırılıb.

Bununla yanaşı, Stiven Cerrardın gedişindən sonra kapitanlıq sarğısının Hendersona veriləcəyi bildirilib.

Cari mövsümdə Premyer liqada 31 matçda meydana çıxan Henderson 6 dəfə fərqlənməklə yanaşı, 9 məhsuldar ötürmə verib.

Rüstəm


Müəllif: