"Bavariya" "Adidas" şirkətilə 2030-cu ilə qədər nəzərdə tutulan yeni sərfəli şərtlərlə müqavilə imzalayıb.
Teleqraf.com xəbər verir ki, Almaniyanın məşhur "Bild" qəzetinin verdiyi xəbərə görə, yeni anlaşmaya əsasən Münhen təmsilçisi ildə 60 milyon avro qazanacaq. Bundan öncəki müqavilədə isə 25 milyon avro nəzərdə tutulurdu.
"Bavariya" müqavilə sayəsində 2030-cu ilə qədər ümumilikdə 900 milyon avro qazanacaq. Əvvəlki müqavilə 2020-ci ildə başa çatmalıydı.
"Mançester Yunayted" öz texniki sponsorundan ildə 100 milyon avro əldə edir.
Rüstəm