7 May 2015 17:52
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2015” beynəlxalq veloyürüşündə ikinci mərhələ keçirilib.

Teleqraf.com xəbər verir ki, 24 ölkədən 25 komandanın mübarizə apardığı yürüşdə 187 km məsafə qət edilib.

Velosipedçilər Veloparkdan İsmayıllı şəhərinin mərkəzindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi önünədək 187 km məsafə qət ediblər. Yürüşün yekununda Sloveniyanın “Adria Mobil” komandasının üzvü Primoş Roqliç qalib olub. Azərbaycanın “Synergy Baku” klubunun üzvü Matey Muqerli ikinci yeri tutub. Üçüncü yerə ABŞ-ın "Kristofer Horner" klubunu təmsil edən Kristofer Hornet sahib çıxıb.

Qeyd edək ki, "Tour d’Azerbaidjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayırlar.


Müəllif:

Oxşar xəbərlər