12 May 2015 18:53
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsənəvi futbolçu Zinəddin Zidan türk klubla bağlı foto paylaşıb.

ANS PRESS-in məlumatına görə, Fransa millsinin sabiq üzvü öz Instagram hesabından "Fənərbaxça" matçında çəkilmiş fotosunu yayımlayıb.

Sözügedən foto 25 sentyabrda baş tutan "Fənərbaxça" - "Yuventus" matçından olub. 1996-cı ildə Çempionlar Liqasında üz-üzə gələn klublar arasında qızğın mübarizə baş tutmuşdu. İstanbuldakı oyunu 1:0 hesabı ilə İtalyan klubu qazanmışdı.

Həmin matçda forma geymiş Zidan göstərdiyi oyunla azarkeşlərin rəğbətini qazanıb. Sabiq futbolçunun bu şəkli paylaşmasından sonra türk azarkeşlər onu mesaj yağışına tutub.

Bu paylaşma yüzlərlə insan tərəfindən bəyənilib və sosial şəbəkədə paylaşılıb.

Həmin oyundan videounu da sizə təqdim edirik:



Müəllif: