22 May 2015 15:54
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onun özü də oyun təcrübəsinə görə La Liqa nəhəngini tərk etmək istəyir.

Teleqraf.com xəbər verir ki, "Barselona" bu yay Pedro Rodriqesi 7 milyon funta satmağı planlaşdırır.

"The Telegraph"ın verdiyi xəbərə görə, Kataloniya klubu hücumçusunu İngiltərə klublarına təklif edib. "Çelsi", "Liverpul", "Tottenhem" və "Arsenal" ispan futbolçunun transferində maraqlıdı.

"Barsa" Pedronu ona görə satır ki, futbolçu komandanın forvardları - Messi, Luis Suares və Neymarla rəqabətdə uduzur. Onun özü də oyun təcrübəsinə görə La Liqa nəhəngini tərk etmək istəyir.

Pedronun "Barselona" ilə müqaviləsinin müddəti 2016-cı ildə bitir.

Rüstəm


Müəllif: