"Liverpul"un baş məşqçisi Brendan Rocers komandadakı gələcək taleyi haqda danışıb.
42 yaşlı mütəxəssis yeni mövsümdə də komandada qalacağını bildirib:
"Əminəm ki, yeni mövsümdə də "Liverpul"da qalacam. Tez-tez rəhbərliklə görüşürəm və müzakirələr aparırıq. Çox yaxşı münasibətlərimiz var. Mövsümün sonunda yenidən görüşəcəyik və bəzi məsələləri müzakirə edəcəyik. Komandada mənə inanırlar. Başa çatmaqda olan mövsümü analiz edib, növbəti mövsümə daha yaxşı hazırlaşmalıyıq".
Qeyd edək ki, Rocers 2012-ci ildən "Liverpul"u çalışdırır./qol.az/