24 May 2015 19:16
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman pilot Mixael Şumaxerin son vəziyyəti hamıda maraq doğurur.

Teleqraf.com xəbər verir ki,Şumaxerin meneceri Sabin Kehmin sözlərinə görə, əfsanənin sağlığında irəliləyiş var:

"Aldığı zərbənin ciddiliyini nəzərə alsaq, müalicə dövründə böyük irəliləyiş əldə etdiyimizi məmnuniyyətlə deyə bilərəm. Ancaq sevindirici xəbərə baxmayaraq, hamı bilməlidir ki, müalicə prosesi hələ uzun müddət davam edəcək. Belə çətin günlərdə onu sevənlər və ailəsi yanında olmalıdılar".

Qeyd edək ki, 2013-cü ilin dekabrında xizək sürən vaxt ağır qəza keçirən Şumaxer 2014-cü ilin 16 iyununda komadan ayılmışdı. O, hazırda müalicəsini İsveçrədəki evində davam etdirir.

Rüstəm


Müəllif: