27 May 2015 15:20
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 25-də İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu komanda müəyyənləşdi.

Teleqraf.com xəbər verir ki, Çempionşipin pley-off finalında "Midlsbro" "Norviç Siti"ylə qarşılaşdı və 2:0 hesabı ilə qələbə qazanan ikincilər bileti ələ keçirdilər.

Çempionşipin pley-off finalı müasir futbolda dünyanın ən bahalı matçı adlandırılır. Səbəb isə çox sadədi. Qalib gələn və Premyer Liqaya yüksələn klub televiziya yayımından 62 milyon funt qazanır. Bu məbləğin 2016-17 mövsümündə 100 milyonu keçəcəyi gözlənilir. Bununla yanaşı, İngiltərə elitasında getdikcə ev matçlarından əldə olunan gəlirlər də artır. Biletlər, forma satışı və s. kimi şeylərin qiymətində artım olsa da, onlara olan maraq azalmaq əvəzinə, çoxalır. Bunları da hesaba qatsaq, qazanc 68 milyona çatır. Əgər komanda Premyer Liqaya yüksəldiyi ildəcə yenidən Çempionşipə qayıdarsa, büdcəsinə 70 milyon da əlavə edəcək. Liqaya çıxan komandaların 54 faizinin bir sonrakı il geri qayıtdığını nəzərə alsaq, "Norviç Siti"nin pley-off matçında qələbəsi ona ən azı 138 milyon funt qazandıracaq. Bu, "Bornmut" və "Uotford"a da aiddi.

Müqayisə üçün qeyd edək ki, dünya çempionatının son qalibi Almaniya final matçından sonra 22 milyon, məğlub Argentina isə 15 milyon funta sahib çıxmışdı. "Real" isə 2014-cü ildə Çempionlar Liqasının finalında "Atletiko"nu məğlub etdiyi üçün büdcəsini 7,5 milyon funt dəyərində zənginləşdirmişdi. İkinci "Atletiko" 4,5 milyon qazanmışdı.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər