"Barselona"nın baş məşqçisi Luis Enrike komandadakı gələcək taleyi haqda danışıb.
Qol.Az-ın "Football Espana"ya istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis komandada qalb-qalmayacağı barədə qərar vermədiyini bildirib:
"Barselona"da əla mövsüm keçirdim. Mənə güvənən hər kəsə təşəkkür edirəm. "Barselona" ilə 3 kubok qazanan biləcəyimi təsəvvür etmirdim. Lakin bunun üçün çox çalışdım. Komandada qalıb-qalmayacağım haqda hələlik qərar verməmişəm".
Qeyd edək ki, "Barselona" Luis Enrikenin rəhbərliyi altında 2014/2015 mövsümündə La Liqa, ölkə kuboku və Çempionlar Liqasının qalibi olub.