11 İyun 2015 14:56
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo sürət həddini aşdığına görə yarım il müddətinə sürücülük hüququndan məhrum edilib.

Teleqraf.com Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə "The Mirror" məlumat yayıb. Joze Mourinyu yol hərəkəti qaydalarını 2014-cü ilin sentyabr ayında pozub. O, saatda 60 kilometr sürətin nəzərdə tutulan yolda öz avtomobili ilə 96 kilometr sürətlə keçib.

Baş məşqçi həmçinin 910 funt sterlinq cərimə ödəməli olacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər