25 May 2014 11:32
1 844
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının finalında məğlub olduqları Madrid "Real"ı ilə görüş haqda danışıb.

Argentinalı mütəxəssis "AS" qəzetinə açıqlamasında bu məğlubiyyətin mövsüm ərzində qazandıqları digər nəticələri ləğv etmədiyini bildirib:

"Ağır mövsüm keçirdik. Əlbəttə, qələbəyə bu qədər yaxın olarkən uduzmaq çox ağırdır. Ancaq bu məğlubiyyət mövsüm ərzində qazandığımız digər nəticələrimizi ləğv etmir. Futbolçularıma ağlamamağı demişdim. Çünki bu oyun göz yaşlarına layiq deyil. Qarşıda bizi istirahət gözləyir. Bundan sonra yenidən yığışacağıq və növbəti mövsümə hazırlaşacağıq".

Qeyd edək ki, finalda "Real"a 1:4 hesabı ilə uduzan "Atletiko" kubokun bir addımlığında dayanıb./qol.az/


Müəllif: