Hakimlərimiz Çempionlar Liqasının oyununa təyinat alıblar.
Teleqraf.com AFFA-ya istinadən məlumat verir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də keçiriləcək APOEL (Kipr) – “Vardar” (Makedoniya) oyununun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.
Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Mübariz Haşımov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə FIFA referisi Rəhim Həsənov yerinə yetirəcək.