2 İyul 2015 14:27
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın müdafiəçisi Martin Montoya karyerasını "İnter"də davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "El Mundo Deportivo" məlumat yayıb. Ötən gün Milana gedən 24 yaşlı futbolçu bu gün tibbi müayinədən keçəcək.

Bildirilir ki, "İnter" ispan oyunçunun iki mövsümlük icarəyə götürəcək və Kataloniya klubuna 1,5 milyon avro ödəyəcək.

Tərəflər arasındakı anlaşmaya əsasən, Seriya A klubu Montoyanı birdəfəlik almaq istəsə, 7 milyon avro xərcə düşəcək.

"Barselona"nın Montoya ilə qüvvədə olan müqaviləsinin müddəti 2018-ci ilə qədər nəzərdə tutulub.

Rüstəm


Müəllif: