"Bavariya"nın baş məşqçisi Pep Qvardiola "Mançester Yunayted"in hədəfində olan Bastian Şvaynştayqer haqda açıqlama verib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bild" dərgisi məlumat yayıb. Təcrübəli mütəxəssis bunları dilə gətirib:
"Şvaynştayqer növbəti mövsüm də mənim planlarıma daxildi. Əgər Basti bizimlə qalmaq istəyirsə, bu, sadəcə əla olacaq. Onun oyun səviyyəsinə heç vaxt şübhə etməmişəm. Bu cür futbolçular gələcək karyeraları ilə bağlı özləri qərar verirlər. Mən inanıram ki, o, yeni mövsümdə də bizimlə qalacaq".
11 iyulda Münhen klubunun üzvləri tətildən qayıdacaqlar. Şvaynştayqerin "Bavariya"nın prezidenti Karl-Haynts Rummeniqqe ilə görüşü gözləyir. Bundan sonra yekun qərar veriləcək.
Rüstəm