Braziliya millisinin hücumçusu Robinyo karyerasını Çində davam etdirəcək.
31 yaşlı futbolçu "Quançjou Everqrand" klubu ilə anlaşıb.
Klubun rəsmi saytından verilən açıqlamada Robinyo ilə 6 aylıq müqavilənin imzalandığı bildirilib. O, yeni komandasında 60 nömrəli formanı geyinəcək. "Quançjou Everqrand" klubu Braziliya yığmasının sabiq baş məşqçisi Luis Felipe Skolari çalışdırır.
Qeyd edək ki, Robinyo ötən mövsüm icarə əsasında Braziliyanın "Santos" klubunda çıxış edib.