19 İyul 2015 09:00
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın “Barselona” klubunda prezident seçkiləri olub. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, seçkilərin rəsmi nəticəsi açıqlanmasa da, exit-pollun nəticəsinə əsasən bəlli olub ki, Xosep Bartomeu yenidən prezident seçilib.


O, seçicilərin 49.5 %-nin səsini qazanıb. Bartomeunun ən yaxın rəqibi Xuan Laporta isə 36.6 %-də qalıb.

Yaxın saatlarda nəticələrin rəsmən açıqlanacağı gözlənilir.


Müəllif:

Oxşar xəbərlər