Belarusda keçirilən K-1 üzrə beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Taleh Əliyev və Ramazan Abdullayev 1-ci yerə layiq görülüb.
İdmançılarımız beynəlxalq dərəcəli yarışda uğurlu çıxış edərək bayrağımızı dalğalandırıb və himnimizi səsləndiriblər.
“Рубаха Парень” adlandırılan yarışda 70 kq çəki dərəcəsində çıxış edən Taleh Əliyev Publika.az-a açıqlama verib:
“Ən ağır çətin döyüşüm 4 qat dünya çempionu Yevqeniy Pşenko ilə oldu. Bu görüşdə güclü zədələr alsam da, qalib gəldim. 3-cü raundda rəqibimi nokauta saldım”.