Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ" ilə qarşılaşacaq "Panatinaikos" klubu meydana ciddi itki ilə çıxacaq.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, komandanın əsas futbolçularından olan fransız Maykl Essyen "Qəbələ" ilə hər iki görüşü buraxacaq. Ötən ay əməliyyat olunan futbolçu daha bir aya yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, "Qəbələ" ilə "Panatinaikos" arasında ilk matç avqustun 20-i Bakıda, cavab qarşılaşması isə avqustun 27-i Afinada keçiriləcək.
Rüstəm