29 May 2014 13:12
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Norveç oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı adları aşağıda göstərilmiş ədalət təmsilçiləri idarə edəcəklər:

Baş hakim: Anatoli Abdula
Baş hakimin köməkçiləri: Oleq Plujnik, Sergey Bekker
Dördüncü hakim: Vitali Romanov
(Hakimlər briqadası Ukraynadandır)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)

Qeyd edək ki, qarşılaşma iyunun 1-də, saat 20:00-da, Bayıl stadionunda keçiriləcək.


Müəllif: