"Avro-2016"nın seçmə mərhələsində Latviya və Hollandiya ilə qarşılaşacaq Türkiyə millisi ciddi itki ilə üzləşib.
Komandanın müdafiəçisi Gökhan Gönül qarşıdakı oyunlarda iştirak edə bilməyəcək.
Daha öncə zədəli olan 30 yaşlı son məşqdə yenidən ağrı hiss edib. Bu səbəbdən Gökhan Gönül yığmanın heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, sentyabrın 3-də evdə Latviya ilə qarşılaşacaq Türkiyə millisi 3 gün sonra Hollandiyanı qəbul edəcək.