"Real" prezidenti Florentino Peres bildirib ki, Madrid klubu qışda "Mançester Yunayted"in qapıçısı David De Xeanı transfer etməyəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Cadene Cope" məlumat yayıb. La Liqa təmsilçisinin rəhbəri belə danışıb:
"Bu dəqiqdi ki, biz yanvarda De Xea ilə müqavilə imzalamayacağıq. Yay "Transfer pəncərəsi" zamanı əlimizdən gələni etdik.
De Xea keçidini reallaşdıra bilmədik, çünki "Mançester Yunayted"in belə məsələlərdə təcrübəsi çatmır. Fabio Koentraonun keçidində də belə bir problem yaşanmışdı".
"Real" yayda De Xeanı transfer etmək istəsə də, "transfer pəncərəsi"nin bağlandığı gün sənədlərin hazırlanmasında problem yaranmışdı. Nəticədə transfer baş tutmadı. Bu məsələdə tərəflər bir-birini ittiham edir.
Rüstəm