16 Sentyabr 2015 14:15
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının qrup mərhələsinin ilk oyunu çərçivəsində "Qəbələ"nin qonağı olacaq PAOK-un Bakıya gələcək heyəti müəyyənləşib.

Teleqraf.com-un məlumatına görə, PAOK bu gün Bakıya 20 futbolçu ilə gələcək. Baş məşqçi İqor Tudorun müəyyənləşdirdiyi heyətdə yeni transfer Dimitar Berbatov da yer alıb.

Sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - PAOK matçı saat 22:00-da başlayacaq.

Qapıçılar: Robin Olsen, Nikos Melissas, Panagiotis Qlukos

Müdafiəçilər: Sletios Malezas, Miqel Vitor, Rikardo Kosta, Dimitris Konstantinidis, Giorhos Tzavellas, Stelios Kitsiou

Yarımmüdafiəçilər: Alexandros Tziolis, Eyal Qolasa, Robert Mak, Xaris Xarisis, Qarri Rodriqes, Qiannos Mustakidis, Erik Sabo, Dimitris Pelkas

Hücumçular: Jairo da Silva, Stefanos Athanasiadis, Dimitar Berbatov

Rüstəm


Müəllif: