Almaniya Bundesliqasında ən tez "het trik” və "penta trik” edən (9 dəqiqəyə 5 qol) futbolçu kimi tarixə düşən “Bavariya”nın futbolçusu Robert Levandovski daha bir uğurlu göstərici ilə yadda qalıb.
Qol.Az-ın məlumatına görə, “Mainz”lə oyunda dubl edən polşalı hücumçunun Bundesliqadakı qol sayı 100-ü keçib.
“Mainz”lə oyuna qədər 99 dəfə fərqlənən futbolçu 100-cü qolu üçün hazırlanmş xüsusi maykanı azarkeşlərə nümayiş etdirib.
Qeyd edək ki, Levandovski bu qolların 74-nü Dortmund "Borussiya”sında 27-ni isə "Bavariya”da vurub.