11 Oktyabr 2015 12:32
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sözün düzü, fərqli nəticə gözləyirdik. Amma etiraf etmək lazımdır ki, rəqib bizdən çox üstün idi".

Bu sözləri Qol.Az-a açıqlamasında milli komandamızın kapitanı Rəşad Sadıqov İtaliya ilə oyundan (1:3) sonra deyib.

O, İtaliya kimi rəqiblə oynmağın çox çətin olduğunu bildirib: “ İtaliya millisinin heyətində güclü futbolçular var. Bu da oyunun nəticəsində özünü göstərdi. Topa nəzarət etsək də təhlükəli vəziyyətlər yarada bilmirdik. Rəqib isə həm müdafiədə həm də hücumda yaxşı oynayırdı. Bu gün güclü qalib gəldi.

R.Sadıqov komanda yoldaşı Bədavi Hüseynovun matçını sonuna yaxın qırmızı vərəqə almasına da münasibət bildirib: “Covinko sürətli hücumçudur. Elə epizod oldu ki, məndən də, Maksimdən də qaçdı. Bədavidən də qaçdığı epizod oldu. Bu gün Bədavi ilə mən Pelleyə və yaxud Ederə 90 dəqiqə oynamağa imkan verməsək, onda gərək "İnter" və ya "Milan"da oynayaq. Amma görünür ki, 90 dəqiqə ərzində şans yaxalayıb ustalıqlarını göstərirlər”.

Sadıqov məğlubiyyətin səbəbini belə izah edib: “Bu matçda kiminsə səhvlərini xüsusi olaraq qeyd etmək istəmirəm. Çünki komanda şəklində məğlub olduq. İtaliya millisi ilk hissədəki səhlərimizdən qollar vurdu. Sırf rəqibin ustalığı imkan vermədi ki, yaxşı futbol oynayaq. Düşünürəm ki, bu cür ağır oyundan sonra Bolqarıstanla matça daha yaxşı hazırlaşmaq lazımdır”.

Stadionda hər şey əla idi. Azarkeşlərə də belə gözəl atmosferə görə təşəkkür edirəm. Sadəcə, bu gözəlliyi tamamlamaq üçün nəticəmiz olmadı”.


Müəllif:

Oxşar xəbərlər