Almaniya millisi və "Bavariya"nın sabiq futbolçusu Ştefan Effenberq məşqçilik karyerasına başlayır.
Onun baş məşqçi kimi ilk iş yeri ölkəsinin "Paderborn" klubu olacaq.
47 yaşlı mütəxəssis II Bundesliqa təmsilçisi ilə rəsmi müqavilə imzalayıb. Effenberq 2017-ci ilin yayına qədər "Paderborn"u çalışdıracaq. Onun köməkçisi isə Macarıstanın gənclərdən ibarət yığmasında çalışmış Soren Osterland olacaq.
Qeyd edək ki, Effenberq daha öncə "Sky" kanalında ekspert kimi çalışıb.