16 Oktyabr 2015 08:05
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bavariya"nın futbolçusu Robert Levandovskinin adı Ginnesin Rekordlar Kitabına daxil ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Artıq kitabın London redaksiyası bununla bağlı Münhen klubunu məlumatlandırıb.

Polşa millisinin üzvü ən erkən het-trik, poker və penta-trik edən futbolçu kimi Ginnesin Rekordlar Kitabında yer alacaq.

Bundesliqanın VI turunda "Volfsburq"la görüşdə meydana sonradan daxil olan Levandovski 4 dəqiqəyə het-trik, 6 dəqiqəyə poker və 9 dəqiqəyə pentatrik edib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər