17 Oktyabr 2015 19:12
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Topaz Premyer Liqasında VIII turun oyunları davam edir.

ANS PRESS-in məlumatına görə, ikinci oyun günündə iki matç baş tutacaq.

Avroliqada iştirak edən “Qəbələ” “Neftçi”nin qonağı olacaq. Avropadakı digər təmsilçimiz “Qarabağ” isə "Zirə"ni qəbul edəcək. Artıq “Neftçi” “Qəbələ” oyunu başa çatıb. Qonaqlar Avropa Liqasının qrup mərhələsində Dortmund “Borussiya”sı ilə oyun öncəsi qələbə qazanmağa çalışıb ki, buna da nail olub. Aleksey Antonovun 90-cı dəqiqədə vurduğu qol "Qəbələ"yə minimal hesablı qələbə qazandırıb.Turun ilk oyunu dünən keçirilib və "Kəpəz" "Rəvan"ı 2:0 hesabı ilə yenib. Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

“Qəbələ” klubu

Topaz Premyer Liqası
2015/16 mövsümü
II dövrə, VIII tur

17 oktyabr

Neftçi - Qəbələ 0:1
Qol: Aleksey Antonov, 90.

Neftçi: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 3. Filyo Jairo Rodriges, 6. Aylton Silva, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 27. Məqsəd İsayev.

Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 8. Elşən Abdullayev, 5. Juan Alberto, 26. Kamal Qurbanov, 20. Antonio Quinta, 41. Aqşin Qurbanlı, 95. Elvin Bədəlov.
Baş məşqçi: Samir Əliyev.

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov, 10. Dodo (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov, 87. Ruslan Abışov.

Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 6. Rəşad Sadiqov, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 25. Qismət Alıyev, 69. Aleksey Antonov, 70. Vaqif Cavadov.
Baş məşqçi: Roman Qriqorçuk.

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Gülağa Cabbarov.

Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 15.30.

Qarabağ - Zirə

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Vüsal Əliyev.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 18.00.


Müəllif: