26 Oktyabr 2015 08:51
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Premyer Liqasında 10-cu turun oyunları keçirilir.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Tottenhem" səfərdə debütant "Bornmut"u qəbul edib.

Avropa Liqasının son turunda səfərdə "Anderlext"ə məğlub olan (1:2) hotspurlular bu yenilginin acığını autsayderdən çıxıblar. Belə ki, oyunun 2-ci dəqiqəsində hesabda 0:1 hesabıyla geri düşən London təmsilçisi sonradan 5 dəfə rəqib qapısına yol taparaq, matçdan 5:1 hesablı qələbəylə ayrılıb.

Bu oyundan sonra hesabındakı xalların sayını 17-yə çatdıran "Tottenhem" 6-cı pillədə qərarlaşıb.

İngiltərə Premyer Liqası, 10-cu tur

25 oktyabr

Bornmut - Tottenhem 1:5

Qol: Ritçi, 2 - Keyn, 9-pen; 56; 63. Dembele, 17. Lamela, 30.


Müəllif: