3 Noyabr 2015 14:31
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında PSJ ilə keçirəcəkləri oyundan öncə maraqlı açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Kicker" dərgisi məlumat yayıb. Portuqaliyalı forvard Madrid klubundan mümkün gedişini şərh edib:

"Real"ı tərk edə bilərəm? Niyə də yox? Hazırda mən bu komandanın uğurları üçün çalışıram. Ancaq futbolda bilmək olmur sabah nə baş verəcək.

Həmişə səni xoşbəxt edən işləri görməlisən. Heç kim bilmir ki, nələr olacaq".

Artıq uzun müddətdi ki, Ronaldonun adı PSJ ilə hallanır.

Rüstəm


Müəllif: