14 Noyabr 2015 20:27
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

34 yaşlı İker millinin heyətində 165 oyun keçirib, onlardan sadəcə 65-də qapısından top buraxıb.

Teleqraf.com xəbər verir ki, İspaniya millisinin qapıçısı İker Kasilyas möhtəşəm rekorda imza atıb. Bu, İspaniya millisinin İngiltərəyə 2:0 hesabı ilə qalib gəldiyi yoxlama matçında qeydə alınıb.

Təcrübəli qolkiper 100 qarşılaşmada qapısını toxunulmaz saxlayan ilk qapıçı kimi tarixə düşüb.

34 yaşlı İker millinin heyətində 165 oyun keçirib, onlardan sadəcə 65-də qapısından top buraxıb.

Bundan əlavə, qapıçı ABŞ yığmasının sabiq yarımmüdafiəçisi Kobi Consu keçərək yığmada ən çox oyun keçirən futbolçular arasında 7-ci pilləyə yüksəlib.

Kasilyasdan öndə olan bunlardı:

Əhməd Həssən (Misir – 184)

Məhəmməd Əl-Deayya (Səudiyyə Ərəbistanı – 178)

Klaudio Suares (Meksika – 177)

Hossam Həssən (Misir – 169)

İvan Urtado (Ekvador – 167)

Vitali Astafyev (Latviya – 167)

Rüstəm


Müəllif: