15 Noyabr 2015 13:40
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə törədilən terror aktından sonra Fransa ilə İngiltərə yığmaları arasında keçiriləcək yoldaşlıq matçının təxirə salınacağı ilə bağlı xəbərlər yayılıb.

Teleqraf.com Sport7.az-a istinadən xəbər verir ki, artıq məsələ ilə bağlı yekun qərar verilib.

Qərara əsasən, fransızlar ingilislərlə matça çıxacaqlarını bildiriblər. Bu barədə Fransa Futbol Federasiyası öz rəsmi saytı vasitiəsi ilə açıqlama yayıb. Bununla da matçın "Uembli" stadionunda oynanılacağı dəqiqləşib. Komandalar hadisə qurbanlarını yad emək məqsədiylə meydana qara sarğı ilə çıxacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 17-də baş tutacaq.


Müəllif: