Azərbaycan yığması 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında geniş heyətlə təmsil olunacaq.
Publika.az xəbər verir ki, Hyustonda başa çatan ağır atletika üzrə dünya çempionatından sonra millimiz daha dörd lisenziya qazanıb. Hazırda millimizin aktivində 27 lisenziya var. Rio-2016-da ölkəmizi təmsil edəcək ağır atletlərin adı gələn il açıqlanacaq.
Rio-2016-ya lisenziya qazanan idmançılarımız aşağıdakılardır:
Boks - Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq);
Yüngül atletika - Anna Skidan, Hayle İbrahimov, Nazim Babayev;
Avarçəkmə - İnna Osipenko-Radomskaya, Valentin Demyanenko, Aleksandr Aleksandrov – Boris Yotov dueti, Yure Meqliç;
Yunan–Roma güləşi - Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq), Sabah Şəriəti (130 kq);
Qadın güləşi - Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (58 kq);
Sərbəst güləş – Toğrul Əsgərov (65 kq), Maqomedhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq), Cəmaləddin Maqomedov (125 kq);
Gimnastika – Marina Durunda və Oleq Stepko.