Fransa Liqa 1-in XVII turunda PSJ səfərdə "Nitsa"nı 3:0 hesabı ilə məğlub edib.
Teleqraf.com xəbər verir ki, Paris təmsilçisinin forvardı Zlatan İbrahimoviç bu görüşdə dublla yadda qalıb.
PSJ forması ilə meydana çıxdığı 103-cü matçında 87-ci qoluna imza atan isveçli futbolçu klubun Fransa Liqasında ən çox qol vuran oyunçusu olub. O, Mustafa Daxlebanı (85) keçib.
İbrahimoviç mövsüm PSJ-də keçirdiyi 11 oyunda 10 qol vurub və 5 məhsuldar ötürmə verib.
Teleqraf.com oyundan videonu təqdim edir:
Rüstəm