21 Dekabr 2015 08:15
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə superliqasında 16-cı turun oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.

"Qalatasaray" evdə "Akhisar"a 3:2 hesabı ilə qalib gəlib. Səfərdə "Gənclərbirliyi"nə 1:0 hesabı ilə qalib gələn "Fənərbaxça" yenidən liderliyə yüksəlib.

Qeyd edək ki, superliqada 16-cı tura bu axşam keçiriləcək "Osmanlıspor" - "Beşiktaş" matçı ilə yekun vurulacaq.

20 dekabr

Türkiyə superliqası, 16-cı tur

"Sivasspor" - "Kayserispor" - 0:0

"Qalatasaray" - "Akhisar" - 3:2
Qollar: Bulut, 26 (1:0). Podolski, 39 (2:0), N'Guemo, 48 (2:1), Öztekin, 56 (3:1), Rodallega, 74 (3:2)

"Başakşəhər" - "Eskişehirspor" - 2:1
Qollar: Güral, 2 (0:1), Batdal, 52 (1:1), Ə.Bəlözoğlu, 72-pen (2:1)

"Gənclərbirliyi" - "Fənərbaxça" - 0:1
Qol: Fernandao, 34 (0:1)

21 dekabr

"Osmanlıspor" - "Beşiktaş"


Müəllif: