"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen komandadan ayrılmaq istəyir.
Almaniyalı qolkiper komandanın əsas heyətindən kənarda qalmasından narazıdır.
Klublararası dünya çempionatının yarımfinal və final matçlarında meydana çıxmayan Ştegen Almaniya millisi ilə gələn il Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə yollanmaq istəyir. Bu səbəbdən 23 yaşlı qapıçı daimi oynaya biləcəyi komandaya getmək niyyətindədir.
Qeyd edək ki, ter Ştegen 2014-cü ildə "Borussiya" (Münhenqladbax) klubundan "Barselona"ya transfer olunub.